Anastasiya Petrova

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Anastasiya Petrova

Rusiyada gənc jurnalist koronavirusdan ölüb

“Biz redaktorumuzu, həmkarımızı, dostumuzu və bizim üçün çox əziz birini itirdik”

36 yaşlı rusiyalı jurnalist bu həftə koronavirusdan ölüb. Ölümündən iki sonra rəsmilər bildirib. “The Moscow Times” xəbər verir ki, hakimiyyətin xəbəri gizlətməsi tənqidlərə səbəb olub.

Martın 24-də Moskvanın 1400 kilometr şərqində yerləşən Perm şəhərində “Delovoy İnteres” həftəlik qəzetinin baş redaktoru Anastasiya Petrova pnevmaniya diaqnozuyla xəstəxanaya yerləşdirilib. Bölgə səhiyyə rəsmiləri deyib ki, Petrovanın koronavirus diaqnozu ölümünə qədər təsdiqlənməyib.

“Onun koronavirusa yoluxduğu bilinsə də, hər kəs susub. Niyə?” - Perm vilayətinin qubernatoru Dmitri Maxonin cümə axşamı böhran mərkəzinin iclasında soruşub: “Məlumatı ictimaiyyətdən gizlətmək yolverilməzdir! İnsanlara yalan danışmamalıyıq!”

“Delovoy İnteres” çərşənbə günü yazıb: “Biz redaktorumuzu, həmkarımızı, dostumuzu və bizim üçün çox əziz birini itirdik. Bu, “Delovoy İnteres” tarixində ən qaranlıq gündür. Həkimlər Nastyanı xilas edə bilmədiklərini deyəndə biz inanmadıq və bunun səhv olmasını gözlədik”,- yazıda qeyd edilir.

Martın 24-də “Facebook”dakı son statusunda Petrova müalicəsini diqqətli və peşəkar olaraq təsvir etmişdi.

“Sizin analizlərinizin diqqətlə oxunması çox qorxuducudur”,- o yazıb.

Perm bölgəsində 14 koronavirusa yoluxma halı qeydə alınıb. Bununla yanaşı iki ölüm hadisəsinin olduğu bildirilir. Rusiyada cümə axşamı 3548 koronavirus hadisəsi və 30 ölüm hadisəsini qeydə alınıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/g96ov4

Ən çox baxılan