Paşinyanın Putinlə görüşündə buna razılıq verdiyi bildirilir
Rusiya Ermənistanın Sünik bölgəsində konsulluğunu açacaq.
Bu barədə mayın 28-də Moskvada erməni-rus ekspertlərinin dəyirmi masasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov məlumat verib.
“Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan Rusiyannın Sünikdə konsulluq açmasına razılıq verib”,-deyə Paltov qeyd edib.
Diplomatın sözlərinə görə, konsulluğun açıqlaması prosesində ən azı bir il tələb olunacaq uzun dövlət prosedurlarından keçmək deyil, sadələşdirilmiş yolla getmək qərara alınıb.
2022-ci ilin oktyabrın 21-də isə İranın Ermənistanın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı olub.
Tədbirdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla iştirak ediblər.