Rusiya sühlməramlılar barədə danışmağın tez olduğunu düşünür

”Heç kim rəsmən bu cür təklif irəli sürməyib”

Source:
Rusiya XİN
Rusiya XİN


”Heç kim rəsmən bu cür təklif irəli sürməyib”

“Qarabağ münaqişəsi ilə bağlı razılıq əldə edilən zaman ilkin mərhələdə sülhməramlı qüvvələr bölgədə yerləşdirilə bilər. Bu məsələdə qabağa qaçmağa ehtiyac yoxdur, ona aktuallıq səviyyəsinə uyğun olaraq qayıtmaq lazımdır”.

APA-nın məlumatına görə, bunu Moskvada erməni jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV Departamentinin direktoru Aleksey Pavlovskiy deyib.

Sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi ehtimalına gəldikdə isə A. Pavlovskiy qeyd edib ki, məsələ Madrid prinsiplərindən başlayaraq danışıqlar masası üzərində olan nizamlanma sxemlərində yer alıb. “Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmaması haqqında fundamental ideyanın dəstəklənməsi ən əsas məsələdir. Bu ideya bəzən ritorik, bəzən isə təcrübədə şübhə altına alınır. Rusiya və digər həmsədr ölkələr birmənalı olaraq kağız üzərində öz mövqeyini təsdiqləməlidir ki, 1994-1995-ci illərdə əldə olunan razılaşmalar atəşkəs və sülh prosesinin davam etdirilməsi üçün fundament olaraq qalır”.

Dağlıq Qarabağ separatçılarının tərəf kimi danışıqlar prosesinə qayıtması məsələsinə toxunan rusiyalı diplomat Ermənistanın “DQR”in danışıqlar prosesində tərəf kimi təmsilçiliyi haqqında rəsmi bəyanat vermədiyinin vurğulayıb. “Heç kim rəsmən bu cür təklif irəli sürməyib”, – deyə o qeyd edib.

Ana səhifəAnalitikaRusiya sühlməramlılar barədə danışmağın tez olduğunu düşünür