Mənbə: Waz.de

Rusiya etiraz aksiyalarının təşkilində “Deutsche Welle”-ni günahlandırıb

Rusiya alman beynəlxalq media qurumu “Deutsche Welle”-ni (DW) Muskovitləri "icazəsiz kütləvi nümayişlərdə" iştirak etməyə çağıraraq ölkədə iğtişaşları təbliğ etməkdə ittiham edib, - Azadlıq Radiosu xəbər verir.

Almaniyanın Moskvadakı səfirliyinin rəsmisi Beate Grzeski avqustun 8-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və bildirilib ki, belə çağırışlar təkrar baş verərsə, Mpskva “Deutsche Welle”-nin Rusiya qanunlarına görə məsuliyyətə cəlb etmək hüququnu özündə saxlayır.

Nazirliyin açıqlamasında qeyd edilir ki, etirazlara çağırış DW-nin rusdilli sosial media kanallarında edilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilk dəfə bu haqda avqustun 4-də Rusiya dövlət televiziyasında çıxış edib.

Alman media qurumu ittihamları rədd edib və qeyd edib ki, Moskvanın açıqlaması dəlillərə əsaslanmır.

"DW ittihamları rədd edir və bunun müxbir Sergey Dikin həbsi ilə əlaqəli olduğuna inanır," - DW deyib. Dik iyulun 27-də Moskvada müxalifət mitinqini işıqlandırarkən saxlanıb. O, elə həmin gün sərbəst buraxılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zd8exn

Ən çox baxılan