Rumıniya “Eurovision” təşkilatçılarını məhkəməyə verir

Mənbə: eurovisionworld

Ölkə mahnı müsabiqəsində iştirakdan imtina etməyi planlaşdırır

Rumıniya hökuməti Avropa Yayım Birliyini “Eurovision 2022” müsabiqəsi zamanı münsiflər heyətinin bu ölkənin qiymətləndirmələrini ləğv etdiyi üçün məhkəməyə verəcək.

Rumıniyanın TVR telekanalının direktoru Dan Turturike bildirib ki, ölkə həmçini beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina etməyi planlaşdırır.

Mayın 14-də Turində keçirilən “Eurovision 2022″ beynəlxalq musiqi müsabiqəsinin finalında Rumıniya peşəkar münsiflər heyəti 12 xalı Moldovaya versə də, təşkilatçılar həmin xalları Ukraynanın xeyrinə hesablayıb.

Anoloji hadisə Rumıniya ilə yanaşı, Azərbaycan və Gürcüstanla da baş verib.

Rumıniyanı müsabiqədə “Llámame” adlı mahnı ilə WRS təmsil edib.

O, münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 18-ci pillədə qərarlaşıb.

Ana səhifəXəbərlərRumıniya “Eurovision” təşkilatçılarını məhkəməyə verir