Rövşən Lənkəranski Türkiyədə güllələnib (yenilənib)

Onun avtomobili oteldən çıxarkən atəşə tutulub, nəticədə sürücüsü dünyasını dəyişib

Source:


***


15.44.


 İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib.


APA-nin Türkiyə müxbiri xəbər verir ki, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb.


Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.


Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk

APA

-nın müxbirinə bildirib ki, onun qarın nayihəsindəki güllələr çıxarılıb.


Yaralının qol və ayaqlarında sınıqlar var, bir neçə gün reanimasiya şöbəsində qalacaq.


Polisdən isə bildirilib ki, xəstəxanaya gətirilərkən yaralının üzərində heç bir sənəd olmadığı, o, xəstəxanada “Morris” soyadı ilə qeydiyyata alınıb.


R. Lənkəranskinin qardaşı Namiq Canıyev isə telefonunu açsa da, qardaşı barədə sualı cavablandırmayıb.


***


Onun avtomobili oteldən çıxarkən atəşə tutulub, nəticədə sürücüsü dünyasını dəyişib

“Avqustun 18-də İstanbulda azərbaycanlı iş adamı Rövşən Əliyev silahlı hücuma məruz qalıb”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Barbaros bulvarındakı Yıldız prospektində oteldən çıxan Azərbaycan dövlət nömrə nişanlı avtomobil naməlum şəxslər tərəfindən güllələnib.

APA-nın Türkiyə müxbirinin əldə etdiyi məlumata görə, pasportunda soyadı Əliyev yazılsa da, polis araşdırma nəticəsində onun Rövşən Lənkəranski (Canıyev) olduğunu dəqiqləşdirib.

R. Lənkəranskiyə 5 güllə dəyib. Hadisə İstanbul Baş Polis İdarəsi tərəfindən araşdırılır.

Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində olan R. Lənkəranskinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəstəxanada edilən müdaxilələrə baxmayaraq, Lənkəranskinin sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Atışma zamanı Rövşən Lənkəranskinin avtomobilinə çoxlu sayda güllə dəyib. Hadisə yerindən avtomat və iki tapança tapılıb. Polis silahlıların tutulması istiqamətində əməliyyata başlayıb.

Rövşən Lənkəranski 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində milis ailəsində anadan olub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir.

İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail rayon məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.

Rövşən Caniyev oğru aləmində “Rövşən Lənkəranski” kimi tanınır. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub.

2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

Ana səhifəXəbərlərRövşən Lənkəranski Türkiyədə güllələnib (yenilənib)