Rövşən Ağayev: Çıxış yolu ölkəyə xarici investisiyanın gəlişini təmin etməkdir

“Ehtiyatları xərcləmək çıxış yoludurmu?”

Source:


“Ehtiyatları xərcləmək çıxış yoludurmu?”

İqtisadçı ekspert Rövşən Ağayev valyuta çatışmazlığının bazarda ciddi ajiotaj yaratmasından yazır. Ekspert “Facebook” səhifəsində yazır ki, bəzi banklar valyuta satışını tamam dayandırıb, bəziləri isə 100 dollardan 300 dollaradək limit qoyub.

Ekspert bildirir ki, ötən ilin fevralından sonra indiki səviyyədə ajiotaj müşahidə edilməmişdi. Kəskin defisitin bir neçə ehtimal olunan səbəbi var:

1) İyunun sonunadək Mərkəzi Bank “Aqrarkredit” vasitəsilə Beynəlxalq bankın problemli aktivlərinə 3 milyard manat yönətməliydi. Bankın 2015-ci il hesabatında göstərilən bu proses baş veribsə, heç şübhəsiz iyul-avqust aylarında həmin vəsaitin hansısa hissəsi bankın valyuta öhdəliklərinin icrasına yənəldilib;

2) Hökumət 2016-cı ildə büdcə vasitəsilə əvvəlki illərdə olmadığı qədər – təxminən 1 milyard dollara yaxın borc ödəməyi nəzərdə tutmuşdu. Mümkündür ki, bu borcların aktiv qaytarılma dövrü ilin 2-ci yarısına təsadüf edir;

3) Banklar və şirkətlər manatın ucuzlaşma təhlükəsi perspektivini nəzərə alaraq izafi xərclərdən qaçmaq üçün mümkün qədər daha çox valyuta borcundan yaxa qurtarmağa çalışır;

4) Bəzi qrupların referendumdan sonrakı mərhələdə kapital təhlükəsizliyi üçün riskləri nəzərə alması ölkədən kapital qaçışını sürətləndirə bilər.

Ölkəyə xarici investisiyanın gəlişi islahatlara maraq göstərməyən siyasi hakimiyyətin maraqlarına ziddir”.

Rövşən Ağayev bildirir ki, belə bir vəziyyətdə Neft Fondu vəsaitlərinin depozit kimi banklara yatırılması çıxış yolu deyil:

“Söz yox, qısa müddətdə ajiotajı yatıracaq. Amma Fondun gətirdiyi 3-5 milyard dolları bazar iştirakçıları elə 3-5 ayda əllərindəki manata dəyişərək ya xarici borclara yönəldənəcəklər. Beləliklə, ya ölkədən çıxaracaqlar, ya da yığıma yönəldib saxlayacaqlar. Nəticədə, banklar Fonda valyuta ilə borclu qalacaq, amma verə biləcəyi yenə manat olacaq”.

Ekspert uzunmüddətli dövr üçün çıxış yolunu ölkənin tələbatına uyğun ixrac gəlirləri təmin etməkdə görür: “Bu yolun üstünlüyü odur ki, əldə olunan gəlirlər valyuta tələbatına uyğun müntəzəm mənbəyə çevrilir, birdəfəlik dəstək fondu kimi bazara daxil olmur. Amma ehtiyatlar birdəfəlikdir – bazara getdi, əriyir”.

R Ağayevə görə qısamüddətli dövrdə çıxış yolu isə ölkəyə xarici investisiyanın gəlişini təmin etməkdir: “Bu isə real islahatlara maraq göstərmək istəməyən siyasi hakimiyyətin maraqlarına cavab vermir. Problem ondadır ki, ökənin valyuta gəlirləri kəskin azalıb, amma valyuta ehtiyaclarını nəinki sabit saxlamaq mümkün olub, əksinə xeyli artıb – bu artım özünü həm kapital qaçışı, həm də xarici borcların kütləvi qaytarılması formasında göstərir”.

“Hazırkı vəziyyətdə idxalın həcmi sabitdir (aylıq təxminən 650-700 milyon) və valyuta bazarında ajiotajı tədiyə balansının gəlirlər və maliyyə hesablarında axtarmaq lazımdır”, – deyən ekspert söhbətin transferlər, investisiyalar, kapital axını formasında ölkəyə daxil olan və çıxan xarici valyutanın nisbətindən getdiyini bildirir.

Ana səhifəAnalitikaRövşən Ağayev: Çıxış yolu ölkəyə xarici investisiyanın gəlişini təmin etməkdir