”Baş ofisimizin tikintisi plana uyğun davam edir, hazırda kompüterləşmə işlər gedir, lakin pulumuz yoxdur ki, bu işləri yekunlaşdıraq”
“SOCAR-ın Heydər Əliyev prospektində yerləşəcək yeni inzibati binasının tikintisi şirkətə olduqca ucuz başa gəlib”.
“APA-Economics” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev gənc neftçilərlə görüşü zamanı bildirib.
“Baş ofisimizin tikintisi plana uyğun davam edir. Hazırda kompüterləşmə işlər gedir. Lakin pulumuz yoxdur ki, bu işləri yekunlaşdıraq. İnanın ki, hər bir manatı sayırıq ki, artıq xərcə yol verməyək. Mənim planlarıma görə, dekabrda, Yeni il öncəsi o binaya köçməli idik. Sonra düşündüm ki, Novruz Bayramında köçərik. İndi amma görürəm ki, Novruz Bayramına da çatdırmayacağıq”, – deyə R. Abdullayev bildirib.