Andrey Yermak: “Sizin kimi insanların dəstəyi bizə enerji, güc verir”
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak amerikalı aktyor Robert De Niro ilə videogörüş keçirib.
O, hərbi münaqişə fonunda aktyorun Ukraynaya dəstəyini yüksək qiymətləndirdiyini deyib.
“Sizin kimi insanlar bizi dəstəklədikdə, ruhlanırıq. Bu bizə enerji, güc verir”, – Yermak deyib.
Söhbət əsnasında De Nironu Ukraynaya dəvət edib.
Aktyor isə cavabında belə bir fürsəti səbirsizliklə gözlədiyini deyib.
Mart ayında Robert De Niro Kembric Universitetində tələbələr qarşısında çıxışı zamanı Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qəbuledilməz adlandırmışdı.
“Əgər səsin varsa və dünyada baş verənləri görürsənsə, bu barədə nəsə deməyə haqqın var. Bunu etməlisiniz. Ukraynada baş verənləri görürsünüz. Ayağa qalxıb deməlisiniz ki, bu düzgün deyil”, – aktyor çıxışı zamanı söyləyib.
O, bildirib ki, burada söhbət təkcə demokratiyadan deyil, həqiqəti söyləməkdən də gedir.
Aprelin 30-da aktrisa Ancelina Coli BMT-dən olan həmkarları ilə Lvov şəhərinə səfər edib.
Daha sonra onun Andrey Yermakın dəvəti ilə Ukraynaya getdiyi bildirilib.
Rusiya fevralın 24-də Ukraynada hərbi müdaxiləyə başlayıb.
Ardından əksər dünya şöhrətli sənətçilər Ukraynaya dəstək nümayiş etdiriblər.
Onların arasında Şon Penn, Pyer Reşar, Arnold Şvartsnegger, Şer, Jerar Depardye, Selin Dion və başqaları var.