Riçard Hoqland: Vasitəçilər ”Lavrov planı” ifadəsindən istifadə etmir

İlqar Vəlizadə: ”Təkliflər və planlar fayda vermir”

Source:


İlqar Vəlizadə: ”Təkliflər və planlar fayda vermir”

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var”.



armenpress.am

”in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. “Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”, – deyə həmsədr söyləyib.

R.Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır. “Lavrov planı”na dair sualına cavablandıran diplomatın sözlərinə görə, vasitəçilər bu ifadədən istifadə etmir: “Biz belə ifadə işlətmirik. Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.

Dipomatın fikirlərini Meydan TV-yə şərh edən politoloq İlqar Vəlizadə hesab edir ki, danışıqlar prosesinin keyfiyyəti onun nəticələrindən asılıdır: “Əgər danışıqlar prosesi yoxdursa, xarici işlər nazirləri də problemli məsələlərdən çox danışırırsa, nəhayət, nazir Elmar Məmmədyarov gedişatın dalana dirəndiyini deyirsə, deməli, problemlər var. Və təkliflər, yaxud planlar heç bir fayda vermir, əsas problem də bundadır”.

Politoloq deyib ki, hazırda həmsədrlər fəaliyyətlərinə yüksək qiymət verilməsini istəyirlər, cəmiyyət isə onların sözlərinə yox, real işlərə qiymət verir:

“Nazirlərin Vyana və Sankt-Peterburqda görüşlərində ərazilərin qaytarılması, məcburi köçkünlərin qayıtması müzakirə olunub. Ancaq nədənsə sonradan işğal altındakı torpaqların qaytarılması yox, təhlükəsizlik məsələləri daha çox danışılır. Əgər həmsədrlər prosesin məhsuldar olmasını istəyirsə, Vyana və Sankt-Peterburq görüşünün gündəliyinə qayıtmalıdırlar. Əks təqdirdə, imitasiya davam edəcək”.

İlqar Vəlizadə foto sosial şəbəkə

Diplomatın “Lavrov planı” barədə fikirlərinə gəlincə, İlqar Vəlizadə deyib ki, bu ifadə şərti olaraq belə adlandırılır və media bunu gündəmə gətirib, belə bir şey yoxdur: “Əgər olsaydı, birinci növbədə, Fransa və Amerika həmsədrləri bu barədə danışardılar. Burda söhbət Rusiyanın danışıqlar prosesi haqda təklif etdiyi gündəliyindən gedir. Gündəliyi Kreml digər həmsədr ölkələrlə razılaşdırıb. Ona görə tam hazırlanmış şəkildə “Lavrov planı” yoxdur və hamı anlayır ki, danışıqlar gedirsə, konstruksiya hər an dəyişilə bilər. Bu da tərəflərin mövqeyindən, razılaşıb-razılaşmadıqlarından asılıdır”.

Ana səhifəAnalitikaRiçard Hoqland: Vasitəçilər ”Lavrov planı” ifadəsindən istifadə etmir