Aleksandr Lukaşenko

Mənbə: Reuters

Başlıq: Aleksandr Lukaşenko

"Reuters": Lukaşenko özünə sadiq şəxsləri təhlükəsizlik xidmətinə yerləşdirir

Lukaşenko hakimiyyətini möhkəmləndirmək üçün kadr dəyişikliyinə gedib

"Belarus prezidenti Aleksandr Lukaşenko həftələrdir davam edən kütləvi etiraz aksiyaları və tətillərdən sonra ölkədə hakimiyyətini gücləndirmək məqsədilə cümə axşamı təhlükəsizlik xidmətinə özünə sadiq şəxsləri yerləşdirib".

Bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, Lukaşenku bu qərarı Rusiyanın Baş naziri və hökumət nümayəndələri ilə görüşündən sonra verib: "26 illik hakimiyyətinin ən böyük problemi ilə üzləşən Lukaşenkonun bu kadr dəyişiklikləri Rusiyanın Baş naziri Mixail Mişustin və Rusiya hökumətinin digər nümayəndələri ilə dəfələrlə görüşündən sonraya təsadüf edir. Bundan öncə isə Lukaşenko davam edən etirazların xaricdən idarə edildiyini vurğulayaraq Avropa İttifaqının onun ölkəsini çökdürmək istəyini qeyd edib".

"Müxaliflərə qarşı sərt yumruq rolunu oynayan təhlükəsizlik qüvvələrinin loyallığı dörd həftədir səngimək bilməyən nümayişləri dağıtmağa çalışan Lukaşenko üçün vacibdir", - Reuters bildirib.

Məlumata görə, yeni təyinatlara Təhlükəsizlik şurasının yeni rəisi, KQB təhlükəsizlik xidmətinin yeni rəhbərinin təyin edilməsi və Minsk Bələdiyyə başçısının Baş nazir müavini vəzifəsinə gətirilməsi daxildir.

Belarusda siyasi böhran 9 avqustda keçirilmiş prezident seçkilərindən sonra meydana gəlib.

Etirazçılar Lukaşenkonu seçkiləri saxtakarlıqla qazanmaqda ittiham edir, onun hakimiyyətdən getməsini tələb edirlər.

Onlar Svetlana Tixanovskayanı müxalifətin namizədi olaraq seçkilərin qalibi hesab edirlər.

Xəbərdə qeyd olunur ki, Belarus Rusiya ilə NATO arasında strateji bir bölgə - bufer zonadır. Ölkə Moskvanın yaxın müttəfiqidir.

Prezident Vladimir Putin Kremlin Lukaşenkonun tələbi ilə ehtiyat polis qüvvəsi yaratdığını və lazım olduqda ölkəyə yeridəcəyini deyib.

Minskdə Belarus həmkarı ilə danışıqlar zamanı Rusiyanın Baş naziri Mixail Mişustin “Belarusun daxili siyasi proseslərinə xarici müdaxiləni tamamilə aradan qaldırmaq” üçün hazır olduqlarını bildirib.

Lukaşenko isə indiyədək etirazların arxasında xarici güclərin dayandığına dair heç bir dəlil təqdim etməyib.

Müxalifət Lukaşenkonun xarici amillə bağlı səsləndirdiyi fikirlərini qəbul etmir, eyni zamanda NATO rəsmi Belarusun ölkə sərhədinə yaxın hərbi qüvvələrin toplanması iddialarını rədd edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/a9xfx3

Ən çox baxılan