Hüquq müdafiəçisi qərara ” Bu, siyasi həbsdir” deyə münasibət bildirib
16 apreldə Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərova hökm oxunub. Bu barədə məhkəmə prosesində iştirak edən Meydan TV-nin müxbiri xəbər verib. Hüquq müdafiəçisi qərara ” Bu, siyasi həbsdir” deyə münasibət bildirib.
Prokuror Rəsul Cəfərova 9 il həbs istəmişdi.
R.Cəfərov ötən il avqustun 2-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.