Rəsmi: Azərbaycanda bu gün 2 nəfər koronavirusdan ölüb

Operativ qərargah son sutkada 5 986, ötən müddətdə isə ümumilikdə 861 788 testin aparıldığını qeyd edib.

Source: Архив


162 nəfərin virusa yoluxduğu bildirilir

Avqustun 21-də Azərbaycanda COVID-19 infeksiyasına 162 adam yoluxub, 171 nəfər müalicə olunaraq evə buraxılıb, 2 pasiyent isə ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, Azərbaycanda indiyədək 34 921 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1 727 nəfərdir.

Operativ qərargah son sutkada 5 986, ötən müddətdə isə ümumilikdə 861 788 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialRəsmi: Azərbaycanda bu gün 2 nəfər koronavirusdan ölüb