Rəşid Behbudovun kürəkəni “Space” TV-nin direktoru oldu

Bundan əvvəl də Kamil Şahverdiyev bu vəzifəni müvəqqəti icra edirdi

Source: Meydan Tv


Bundan əvvəl də Kamil Şahverdiyev bu vəzifəni müvəqqəti icra edirdi

“Space” TV-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev artıq işini rəsmiləşdirib. O, telekanalın icraçı direktoru təyin olunub. “Space” TV-dən xəbəri təsdiqləyiblər.

Kamil Şahverdiyev mərhum Xalq artisti Rəşid Behbudovun kürəkəni, müğənni Rəşidə Rəşidlə evlidir. O, həmçinin Rəşid Behbudov Fondunun direktorudur.

24 il öncə fəaliyyətə başlayan telekanalın qurucusu Prezident İlham Əliyevin bacısı Sevil Əliyevadır. Rejissor Vaqif Mustafayev 2006-cı ildən bu kanala rəhbərlik edirdi. O, bu il, fevralın 5-də tutduğu vəzifədən azad edilib. Telekanalın son illər maliyyə sıxıntıları yaşadığı, bu səbəbdən əksər jurnalistin oradan uzaqlaşdığı haqda yerli mediada və sosial şəbəkələrdə məlumatlar yer alır.

Ana səhifəXəbərlərRəşid Behbudovun kürəkəni “Space” TV-nin direktoru oldu