Rauf Mirqədirov: Paşinyan özünü dövlət başçısı kimi hiss etmir

R.Mirqədirov hesab edir ki, bununla belə Paşinyan danışıqlarda formatın dəyişməyin mümkünsüzlüyünü yaxşı bilir

Source: google.az

''O fəallıq göstərməyə çalışır''

Avropa İttifaqının iki yüksək səviyyəli məmuru, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Frederika Mogerini və Avropa İttifaqının "Avropa qonşuluğu və genişlənmə" məsələləri üzrə komissarı Yoxanes Xan Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla danışıqlarda Dağlıq Qarabağ ermənilərinin də iştirakı barədə təklifinə

rədd cavabı

verib.

Onlar Paşinyana buna ehtiyac olmadığı və Azərbaycanla danışıqların heç bir ilkin şərt olmadan aparılmasının vacibliyini bildiriblər.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, Nikol Paşinyanın bu istiqamətdə fəallığında iki variant var.

“Birincisi o özünü hələ dövlət başçısı kimi hiss etmir, ölkədəki proseslərə və Dağlıq Qarabağla bağlı danlışıqlara tam və əhatəli yiyələnməyib. İkincisi, yeni Baş nazir və yeni sima olduğu üçün fəallıq göstərməyə və yenilik gətirməyə çalışır”.

R.Mirqədirov hesab edir ki, bununla belə Paşinyan danışıqlarda formatın dəyişməyin mümkünsüzlüyünü yaxşı bilir.

“Çünki formatın dəyişdirilməsi danışıqların səviyyəsini və effektivliyini artırmayacaq. Hətta indiki danışıqlarda kompromis variantların müzakirəsində belə formatın dəyişməsi təklifi həyata keçmir. Bəlkə Paşinyan bu cür açıqlamaları ilə vaxt qazanmaq istəyir. Halbuki, formatın dəyişdirilməsi tərəflərin istəyinə bağlı deyil, format ATƏT-in Minsk Qrupu tərəfindən irəli sürülüb və tərəflər də qəbul edib. BMT də qətnamələrində formatı təsdiqləyib”.

Siyasi icmalçının fikrincə, bu mənada Paşinyanın Ermənistan parlamentində Dağlıq Qarabağ ermənilərinin danışıqlar masasında tərəf kimi 1994-cü ildə tanınıb söyləməsi yalandır.

“Əvvəla, Dağlıq Qarabağ nümayəndələri danışıqlarda birbaşa iştirak etməyib. Danışıqlarda birbaşa iştirak odur ki, Ermənistan və Azərbaycan prezidentləri, xarici işlər nazirləri ilə Dağlıq Qarabağ ermənilərinin də nümayəndələri oturur. İndiyə qədər bu formatda heç vaxt danışıqlar keçirilməyib. Məsələ başqa cür olub, həmsədrlər bölgəyə gələndə Dağlıq Qarabağa gedib erməni icmasıyla görüşüblər. Yəni, Dağlıq Qarabağ beynəlxalq hüququn subyekti olmadığına görə, danışıqlarda belə bir iştirakı olmayıb”.

O deyib ki, indiki mərhələdə Dağlıq Qarabağ danışıqlarda iştirak etməməlidir, çünki problemin dövlətlərarası və dövlətdaxili hissəsi var.

“Dövlətlərarası münasibətlərə aydınlıq gətirəndən sonra Dağlıq Qarabağın statusu məsələsini erməni icmasıyla müzakirə etmək olar. Ermənistanın bu məsələdə müzakirəsi yolverilməzdir”.

Ana səhifəXəbərlərRauf Mirqədirov: Paşinyan özünü dövlət başçısı kimi hiss etmir