Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib

2015-ci ildə yaşadığı binanın qarşısında avtomobil qəzası keçirən Ramiz Əzizbəyli Xalq artisti uzun illərdir ki, beyin insultundan müalicə olunur.

Source: https://baku.ws/


Xalq artistinin koronavirusa yoluxduğu bildirilir

Xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəyli COVİD-19 infeksiyasına yoluxub.

Həyat yoldaşı Zümrüd Əzizbəylinin Meydan TV-yə verdiyi açıqlamasına əsasən, Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilən sənətçi özünü hazırda yaxşı hiss edir: “Səhhəti ilə əlaqədar əvvəllər də evdən bayıra çıxmırdı, harasa getmirdi. Yanına tez-tez dostları gəlirdi. Düşünürəm ki, gələn adamlardan kimdənsə virus keçib. Səhhəti yaxşı olduğu üçün palatadadır. 5-6 gün öncə xəstəxanaya yerləşdirmişik”.

2015-ci ildə yaşadığı binanın qarşısında avtomobil qəzası keçirən Ramiz Əzizbəyli Xalq artisti uzun illərdir ki, beyin insultundan müalicə olunur.

Ramiz Əzizbəyli Vaqif Səmədoğlunu eyni adlı pyesi əsasında çəkilən “Bəxt üzüyü” komediya filminin rejissorudur.

Ana səhifəMədəniyyətRamiz Əzizbəyli xəstəxanaya yerləşdirilib