Mənbə: Meydan Tv

Qazaxıstanda saxlanılanların sayı 4000-ə çatıb

677 nəfər 15 günlük həbs edilib, 305 nəfər isə cərimələnib

Qazaxıstanda sonuncu prezident seçkilərinin nəticələrinə qarşı təşkil edilmiş beş günlük mitinq zamanı saxlanılan nümayişçilərin sayı 4000-ə çatıb.

Azadlıq Radiosunun xəbərinə görə, daxili işlər naziri Erlan Turqımbəyov məlumat verib.

Turqımbayev iyunun 18-də Nur-Sultanda jurnalistlərə bildirib ki, iyunun 9-da keçirilmiş prezident seçkilərindən sonrakı mitinqlərə hakimiyyət tərəfindən icazə verilməyib.

O qeyd edib ki, saxlanılan aksiya iştirakçılarının əksəriyyəti azad edilib. 677 nəfər 15 günlük həbs edilib, 305 nəfər isə cərimələnib.

"Polis nümayişçilərə qarşı xüsusi texnika istifadə etməyib. Nə gözyaşardıcı qazdan, nə də rezin dəyənəklərdən istifadə olunub. Təxminən 4000 nəfər saxlanılıb," - Turqımbayev qeyd edib.

Minlərlə vətəndaş Nur-Sultan küçələrinə axışaraq, o cümlədən Almatı və Qazaxıstanın başqa şəhərlərində mitinqlərə qoşularaq, keçmiş prezident Nursultan Nazarbayev tərəfindən varis olaraq təyin edilmiş Qasım-Jomart Toqayevin prezident seçkilərində qələbə qazanmasına etiraz edib.

Nümayişçilər Toqayevin 71 faiz səslə qazandığı seçkilərin saxtalaşdırıldığını deyirlər.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) müşahidəçiləri seçkiləri qınayaraq deyiblər: "Əsas hüquqların pozulması, o cümlədən dinc etirazçıların saxlanılması və səsvermə günündə yayılmış seçki pozuntuları demokratik standartlara hörmətsizlikdir".

İyunun 13-də BMT İnsan Haqları Ofisi "siyasi fikrin dinc və qanuni yolla ifadə edilməsinə görə həbs və məhkumların sayının əhəmiyyətli dərəcədə artmasını" qınayıb və narahatlığını ifadə edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bxxycy

Ən çox baxılan