“Qarabağ”ın məşqdə ürəyi dayanan futbolçusu vəfat edib

Şirxan Həsənzadə. Foto: “Qarabağ”ın sosial media hesabı

Şirxan Həsənzadə Azərbaycan millisinin də üzvü olub

“Qarabağ” klubunun futbolçusu Şirxan Həsənzadə vəfat edib.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Azərbaycanın U-21 milli komandasının da üzvü olan 20 yaşlı futbolçu ürəyində olan problemə görə vəfat edib.

“Qarabağ”ın əvəzedici heyətinin aprelin 22-də keçirilən hazırlıq prosesi zamanı ürəyi dayan müdafiəçi təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılmışdı. Əməliyyat olunan oyunçunun vəziyyətinin sabit olduğu açıqlanmışdı. Mayın 8-də onun vəziyyəti yenidən ağırlaşıb. Həkimlərin səylərinə baxmayaraq, gənc oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

Ana səhifəİdman“Qarabağ”ın məşqdə ürəyi dayanan futbolçusu vəfat edib