Azərbaycan çempionu səfərdə İsveç klubunu məğlub edib
“Qarabağ” oktyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.
Azərbaycan çempionu saat 23:00-da başlayan qarşılaşmada İsveçdə “Hakken” klubunun qonağı olub.
“Qarabağ” H qrupunda keçirdiyi ilk matçda Bakıda Norveçin “Molde” komandasını 1:0 hesabı ilə məğlub etmişdi.
İsveçdəki oyunda da Qurban Qurbanovun baş məşqçi olduğu komanda minimal hesablı qələbə qazanıb – 1:0.
Qrupun digər matçında Almaniyanın “Bayer” komandası səfərdə “Molde” ilə görüşüb. Bu oyunda “Bayer” 2:1 hesablı qələbəyə sevinib.
Avropa Liqasında iki turdan sonra H qrupuna 6 xalla “Bayer” başçılıq edir. Eyni xala malik olan “Qarabağ” ikinci pillədə qərarlaşıb.