''Qarabağ mitinqinə qadağa qoymaqla düşmənlərə bəhanələr verilir''

''Qarabağ Komitəsi'' mitinqə qadağa qərarına yenidən baxılmasını tələb edir

Qarabağ Komitəsi” Bakı Şəhər İcra Hakimiyyətinin noyabrın 24-də keçirilməsi nəzərdə tutulan mitinqinə icazə verməməsi barədə açıqlama yayıb.

Komitə xatırladıb ki, 25 ildir ölkə ərazilərinin 20 faizi işğalda, 1 milyondan çox insanı qaçqın vəziyyətdindədir:

“Dünyanın diqqətini bu məsələyə cəlb etmək və torpaqlarımızın azad olunması üçün atılacaq addımlara dəstək ifadə etmək üçün təyin edilən 24 noyabr mitinqinə qadağa qoyuldu. Azərbaycan iqtidarı fərqində olmalıdır ki, mitinqə qadağa qoyulması barədə cavabı və bu cavabda “möhtərəm cənab prezidentimiz hər şeyi həyata keçirir, ona görə də mitinqin keçirilməsi məqsədəuyğun sayılmır” məntiqi ilə nəinki vətəndaşlarının hüquq və azadlıqlarını pozur, eyni zamanda beynəlxalq ictimai rəydə Azərbaycan haqqında geriçi, çağdışı, müasir sivilizasiyadan kənar, avtoritar, antidemokratik bir üsuli-idarənin mövcudluğu təəssüratı yaratmaqla özünü və Azərbaycanı rəzil və rüsvay edir, həm də düşmənlərimizə və bədxahlarımıza Qarabağ məsələsinin ədalətli həlli əleyhinə bizə qarşı dəlillər, bəhanələr verir”.

“Qarabağ Komitəsi” heç bir qanuna, hüquqa söykənməyən, əsaslandırılmayan bu qadağanı Azərbaycan Respublkasının Konstitusiyasında və “Əsas İnsan hüquq və azadlıqları haqqında” Avropa Konvensiyasında təsbit edilmiş ifadə və sərbəst toplaşma azadlığının kobud şəkildə pozulması kimi dəyərləndirib, pisləyir və bu qərara yenidən baxılmasını tələb edir:

“Komitə bütün maneələrə və təzyiqlərə baxmayaraq Qarabağın azadlığı üçün milli həmrəylik və bütövlüyə nail olmaq istiqamətində fəaliyyətini davam etdirəcək”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4yq3vj

Ən çox baxılan