Azərbaycan çempionu “Linkoln”u böyük hesabla məğlub edib
İyulun 19-da “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirib.
Ağdam klubu Cəbəllütariq çempionu “Linkoln”la qarşılaşıb.
Bakı Olimpiya Stadionunda keçirilən oyuna saat 20:00-da start verilib.
Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanmışdı. Cavab görüşü də Azərbaycan çempionunun qələbəsi ilə başa çatıb. “Köhlən atlar” 4:0 hesablı qələbə qazanmaqla Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib.
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa klubu “Rakuv”la qarşılaşacaq. İlk oyun iyulun 26-da, Polşada keçiriləcək.