Azərbaycan çempionu Bakıda İsveç komandasını məğlub edib
“Qarabağ” klubu dekabrın 14-də UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxıb.
Azərbaycan çempionu Bakıda İsveçin “Hakken” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun saat 21:45-də start götürüb.
“Qarabağ” “Hakken”lə matçda qalib gələcəyi təqdirdə, qrupdakı digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksələcəkdi. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu missiyanın öhdəsindən gəlib. “Qarabağ” 2:1 hesablı qələbə sayəsində Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. Bu, həm “köhlən atlar”ın, həm də, Azərbaycan futbolu tarixində ilk belə uğur olub.
H qrupunun digər görüşündə “Bayer” Almaniyada Norveç “Molde”sini sınağa çəkib. Almaniya təmsilçisi bu qarşılaşmada 5:1 hesablı qələbə qazanıb. Bununla da, “Bayer” (18 xal) və “Qarabağ” (10 xal) “Molde” ilə “Hakken”i qabaqlayaraq, Avropa Liqasında pley-offa yüksəlib.