Azərbaycan çempionu Sloveniyada qələbəyə sevinib
“Qarabağ” klubu avqustun 24-də UEFA Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.
Azərbaycan çempionu turnirin pley-off mərhələsinin ilk görüşündə Sloveniyada “Olimpiya”nın qonağı olub.
“Stojitse” stadionunda keçirilən oyun saat 22:00-da start götürüb.

Qarşılaşma “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək.