Şahvələd Çobanoğlu

Mənbə: meydan tv

Başlıq: Şahvələd Çobanoğlu

Prokurorluq tənqidçi jurnalistin “stop”unu götürmür

“Təkrar müraciət cinayət işinin materiallarına əlavə edilib”

Baş Prokurorluq jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulan qadağanı aradan qaldırmayıb. Qurum bu günlərdə jurnalistin vəkillərinin müvafiq müraciətinə cavab verib. Cavab Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədovun adından göndərilib:

“Namazov Şahvələd Abutalıb oğlunun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi ilə bağlı Baş Prokurorluğa ünvanladığınız təkrar müraciətiniz Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ibtidai istintaqı aparılan 142006023 nömrəli cinayət işinin materiallarına əlavə edilib. Nəticəsi barədə sizə əlavə məlumat veriləcək”.

Ş.Çobanoğlu son 4-5 ildə “Azadlıq” qəzeti, həbsdəki jurnalist Əfqan Muxtarlı və başqa işlərlə bağlı Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. Onun ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən qadağa qoyub. Bunu qanunsuz hesab edən jurnalist və onun vəkilləri bir neçə dəfə prokurorluğa müraciət edib, ölkədən çıxışına qoyulan qadağanın qaldırılmasını istəmişdilər. Ancaq həmin müraciətlərə də müsbət cavab ala bilməmişdilər.

2013-cü ildən Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Bu ilin mayında ölkədən çıxışına qadağa qoyulan jurnalistlərdən bəzilərinə (əvvəllər Meydan TV ilə əməkdaşlıq edənlərə) qoyulan məhdudiyyət götürülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/704gi5

Ən çox baxılan