Prezident icra başçısının oğluna general-mayor rütbəsi verdi

Seymur Qaraşov və Taleh Qaraşov – Kollaj: Meydan TV

Prezident İlham Əliyev Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının oğluna general- mayor rütbəsi verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin bir sıra əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilməsi ilə bağlı Prezidentin imzaladığı sərəncamda deyilir.

Təltif olunanlar arasında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovun da adı var. O, general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

S.Qaraşov 2023-cü ilin 22 iyununda FHN-in Daxili Tədqiqat İdarəsinin rəis müavini təyin edilib. O, həmin vaxta qədər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Taleh Qaraşov 1996-cı ildən icra başçısı işləyir. O, 1996-2002-cı illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-cı illərdə Astara rayonlarının icra başçısı olub. 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinə başçılıq edir.

Ana səhifəSiyasətPrezident icra başçısının oğluna general-mayor rütbəsi verdi