Bu gün ata Heydər Əliyevin klassik çoxgedişli kombinasiyalar həyata keçirərək, oğlunun prezident kürsüsünə çıxmasına yol açdığı 2003-cü ildə deyilik
Avtoritar postsovet ölkələri qaçılmaz açıq bazar iqtisadiyyatına keçid üçün sovet ideologiyası çərçivəsindən kənarda və açıq informasiya cəmiyyəti şəraitində formalaşmış yeni növ rəhbərlərə tələbat yaranır.
Pionerləri Gürcüstanın “qızılgül inqilabı” nümayəndələri olan bu əsas xəttin formalaşması üzrə ümumi təmayül müşahidə olunur. Bu, yeni nəsil insanların hakimiyyətə ilk sıçrayışı oldu, Gürcüstanı sovet təfəkküründən ayırıb düşüncə və inkişaf səviyyəsinə görə demokratik Avropa standartlarına yaxınlaşdırdı.
Gürcüstanın uğurlu təcrübəsini digər yeni müstəqil dövlətlər, o cümlədən qonşu Azərbaycan uzun müddət təcrid etdi, indi isə elə həmin Azərbaycan neft zənginliklərinə baxmayaraq, Gürcüstandan daha yoxsul və qeyri-müəyyən görünür.
Referendumla gəncləşmə
Prezident İlham Əliyev 13 il davam edən fərqli düşünən və istedadı gəncləri boğmaq siyasətindən sonra gözlənilmədən hakimiyyətə son iyirmi ildə formalaşmış gənc kadrların gəlməsi üçün konstitusiya zəmini yaradılması haqqında qərar qəbul edir. Onun konstitusiya zəmanəti yaratmaq təşəbbüsü skeptiklər tərəfindən hakimiyyətin yaşı iyirmidən bir qədər çox olan oğlu İkinci Heydərə ötürülməsi üçün şərait yaratmaq cəhdi kimi qəbul edilib.
Amma bu gün ata Heydər Əliyevin klassik çoxgedişli kombinasiyalar həyata keçirərək, oğlunun prezident kürsüsünə çıxmasına yol açdığı 2003-cü ildə deyilik. Nə vaxt həmin vaxt, nə də vəzifələr həmin vəzifələr deyil. İlham Əliyevin hakimiyyəti dövründə vertikal hakimiyyətin güclənməsinə, klan qruplarının zəiflədilməsinə, beynəlxalq energetika və tranzit layihələrinin həyata keçirilməsinə və sabitliyin qorunub saxlanmasına önəm verilirdisə, bu gün Azərbaycanın açıq iqtisadiyyat vasitəsilə neftsonrası açıq dünyaya keçidi məsələsi qarşıda durur. Bu vəzifələr üçün xammal resursların istismarına və neft dollarları ilə şişirilmiş büdcə vasitələrinin oğurlanmasına bağlanmamış tamamən fərqli mütəfəkkürlərə ehtiyac var.
Putin gənc və kamil insan haqqında
Təsadüfi deyil ki, bu xətt imperiya Rusiyasında gəncləşmə təmayülü ilə paralel keçir, bu da postsovet məkanında müəyyən ümumi prosesdən xəbər verir. Kremlin sahibi Vladimir Putin Bloomberg-ə müsahibəsində deyib ki, Rusiyanın gələcək prezidenti gənc, amma kamil insan olmalıdır. Bəzi icmalçılar bunu prezidentin yumoru kimi qəbul ediblər. Amma qeyd etmək lazımdır ki, Rusiya üçün misli görünməmiş iqtisadi tənəzzül zamanında, çətin ki, Putin zarafat edəcək vəziyyətdə olsun.
Maraqlıdır ki, Putin gənc və kamil insan haqqında bu bəyanatı prezident seçkilərinə 1,5 il qalmış səsləndirib, 2007-ci ilin yanvarında hindistanlı jurnalistlərə müsahibəsində göstərdiyi kimi. Həmin vaxt çox az insan bu vəzifədə onu 2000-ci ildə Putinin hakimiyyətə gəldiyi ilk vaxtdan etibarən hakimiyyətin zirvəsinə səylə can atan Dmitri Medvedevin əvəz edəcəyini düşünürdü. Medvedevin, eləcə də bir çox gənc xadimlərin dövlət qurumlarında vəzifələrə yüksəldilməsi Rusiya isteblişmentinin gəncləşdirilməsi yolunda ilk addım oldu. Amma əsasən hakimiyyətin birləşdirilməsinin güclənməsi və inzibati resursların maksimum cəlb edilməsi zərurətini diktə edən ard-arda gələn böhranlarla əlaqədar bu proses tamamlanmadı.
İndi vəziyyət dəyişir. Beynəlxalq proqnozlara əsasən, Rusiya, eləcə də digər ölkələr 2017-ci ilin sonuna doğru dərin böhrandan çıxmağa başlayacaq, 2018-ci ildə isə artıq hazırlanması yekun mərhələdə olan yeni islahat paketləri əsasında ardıcıl inkişaf gözlənilir. Onların uğurla həyata keçirilməsi yalnız yeni nəsil, məsələn, Anton Vayno kimi insanların prosesə qoşulması şərti ilə mümkündür. Dünənə qədər beynəlxalq dairələrdə çox az tanınan bu ziyalı 2003-cü ildə çox sürətli bir şəkildə Putinin dairəsinə daxil olub və hazırda Prezident Administrasiyasına rəhbərlik edir ki, bu da onu Kreml iyerarxiyasında yüksək səviyyəli fiqur edir. Faktiki olaraq, Vayno Medvedevin yolunu təkrar edir, amma indi artıq Putinin keçmişdə başqa bir alternativi olan Prezident Administrasiyasının keçmiş rəhbəri Sergey İvanovsız.
2000-ci illərdə hakimiyyətin ardıcıllıq yolu ilə keçməsi uğrunda mübarizə kreativ Medvedev və çekist İvanov arasında gedirdisə, indi Vaynonun şəxsində bu iki simanın qarışığı formalaşıb. Vaynonun himayə olunan çekist olub-olmadığı dəqiq məlum deyil, amma o, artıq ABŞ və Yaponiyada özünü işgüzar insan və diplomat kimi göstərməyə müvəffəq olub. İstənilən halda, Vaynonun şəxsində xüsusi xidmətlərin və yeni qızıl nəslin qarşılıqlı məqbul konsensusunu görmək olar. Bu, Moskva küçələrində alman “heledvagen”ləri ilə avtoyarış təşkil edən FTX akademiyasının növbəti dinləyicilərinin qalmaqallı məzuniyyəti zamanı özünü açıq-aşkar göstərib.
Putin hakimiyyətə 48 yaşında gəlib və görünür, onun üçün 40-50 yaşlar gənclik və kamilliklə assosiasiya olunur. Onun xələfi Medvedev prezident kürsüsünə çıxarkən 43 yaşında idi. Vaynonun növbəti seçkilərdə 46 yaşı olacaq ki, bu da Putinin gənclik və kamillik parametrlərinə uyğundur.
Qazaxıstan variantları
Qazaxıstanda da buna bənzər vəziyyət müşahidə olunur, prezident Nursultan Nazarbayev də buna bənzər dəyişikliklərə hazırlaşır. Keçmiş energetika naziri Muxtar Ablyazov 2013-cü ildə Nazarbayevin ətrafına istinadla bildirib ki, Qazaxıstan lideri Putinə eyni zamanda prezidentin və Milli Təhlükəsizlik Komitəsinin sədr müavininin qohumu olan 38 yaşlı xələfi Samat Abişin adını söyləyib. Ablyazovun sözlərinə görə, “bununla əlaqədar hakim “NurOtan” partiyasının yaşına və siyasi təcrübəsinə görə indi hazırki “boz kardinallardan” və Administrasyada nüfuzlu fiqurlardan daha çox Samat Abişə uyğun olan rəhbər tərkibinin yeninlənməsi və gəncləşməsi tamamilə fərqli görünür.
Əliyevə qayıtsaq,
deyilənlər kontekstində onun islahatlar həyata keçirməli və gələcəkdə mütləq yeni liderlə demokratik sistemə keçid üçün şərait yaradacaq yeni, daha texnokratik hökumət və ətraf formalaşdırmağa başlayacağını gözləmək olar.