Polad Həşimovun evinin qarşısındakı bayraq Prezidentin səfərinə görə götürülüb?

İcra nümayədəsi: “Bayrağın birdəfəlik götürülməsi xəbəri yalandır”

Source: Facebook


İcra nümayədəsi: “Bayrağın birdəfəlik götürülməsi xəbəri yalandır”

Polad Həşimovun Qəbələ rayonunun Vəndam qəsəbəsindəki evinin qapısından asılan bayrağın götürülüyü bildirilir.

Polad Həşimov iyunun 12-14-də Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə həlak olan general-mayordur.

Vəndam sakinləri bayrağın götürülməsinə etiraz ediblər. Həmin etirazlar sosial şəbəkələrdə də paylaşılıb. Sakinlərin sözlərinə görə, bunu Prezidentin həmin əraziyə səfərinə görə ediblər, ərazini təmizləyiblər. Sakinlər buna görə Vəndam icra nümayəndəsini və bələdiyyə sədrini ittiham edirlər. Bildirirlər ki, bayraqdan ötrü canını verən Polad Həşimovun evinin önündən götürülən bayraq dərhal yerinə taxılmalıdır.

İcra hakimiyyətinin Vəndam qəsəbəsi üzrə nümayəndəsi İlham Bağırov Meydan TV-yə deyib ki, həmin bayraq müvəqqəti götürülüb. Evin önünə dirək basdırılıb. Betonun qurumağı gözlənilir, bayraq həmin dirəyə vurulacaq:

“Yolun qırağına səliqəli şəkildə dirək basdırılıb. Bayrağın birdəfəlik götürülməsi xəbəri yalandır. Polad Həşimovun Vəndamın mərkəzində şəkilləri var, eyni zamanda, Şəhidlər Xiyabanına da şəklini vurmuşuq”.

Prezident İlham Əliyevin Vəndama gedəcəyinə gəlincə, İlham Bağırov deyib ki, hazırda o Balakəndədir. Dönüşdə də Vəndam yolundan qayıdacaq.

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Ermənistan tərəf isə baş verən döyüşlərə görə Azərbaycanı günahlandırır.

“Tovuz döyüşləri”ndə Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirib. Dörd hərbçisinin yaralanması ilə bağlı məlumat yayıb. Ermənistan tərəfi də 7 hərbçisinin ölməsi xəbərini açıqlayıb.

Polad Həşimovun evinin önü
Polad Həşimovun evinin önü
Ana səhifəXəbərlərPolad Həşimovun evinin qarşısındakı bayraq Prezidentin səfərinə görə götürülüb?