Rusiya Prezidentinin mətbuat katibi Ermənistan ABŞ münasibətlərinin güclənməsinə münasibət bildirib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, ABŞ Cənubi Qafqazda heç vaxt sabitləşdirici rol oynamayıb, bununla belə, Ermənistanın bu ölkə ilə əməkdaşlıq etmək hüququ var.
“ABŞ heç vaxt Cənubi Qafqazda xüsusilə sabitləşdirici rol oynamayıb. Hətta bunun əksini demək olar Bu fəaliyyətlər kontekstində ABŞ daim yeni ölkələri öz arxasınca çəkməyə çalışır”, – Peskov Ermənistan ABŞ münasibətlərinin güclənməsinə dair jurnalistlərin sualına cavabında bildirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonda strateji tərəfdaşlıq sənədini imzalayacaqlar.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.