Pənah Hüseynin qohumlarına hökm oxundu

Hakim prokurordan ədalətli davranaraq yeddi nəfərə yüngül cəza verib…

Source:


Hakim prokurordan ədalətli davranaraq yeddi nəfərə yüngül cəza verib…

Dekabrın 14-də Sabirabad Rayon Məhkəməsində müxalifət lideri Pənah Hüseynin yeddi qohumunun məhkəməsi keçirilib. Musavat.com-un xəbərinə görə, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər son söz deyiblər.

Çıxış edən yeddi nəfərdən heç biri özünü təqsirli hesab etməyib. Onlar həmçinin məhkəmədən ədalətli qərar çıxarmasını istəyiblər.

Məhkəmənin qərarına əsasən, İxtiyar Sərxoşov 3 il müddətinə şərti cəza alıb. Digər altı nəfər isə 2 ilədək müddətə islah işləri ilə cəzalandırılıblar. Həmçinin qarşı tərəfdən Rəsul Dəmirov da 2 il müddətinə islah işləri ilə cəzalandırılıb (

musavat.com

).

Ana səhifəXəbərlərPənah Hüseynin qohumlarına hökm oxundu