Partlayışda xəsarət alan müğənni: “Bu faciə həmişə gözümün önündə olacaq”

Foto: Nicat Məhərrəmovun şəxsi “Facebook” səhifəsindən

Müğənni hazırda xəstəxanada olduğunu deyib

“Location” klubunda baş verən partlayışda xəsarət alanlar arasında müğənni Nicat Məhərrəmov da var.
O, bu barədə “İnstagram” hesabında məlumat verib.

Müğənni hadisə nəticəsində xəstəxanaya yerləşdirildiyini qeyd edib.

“Baş verən partlayış dəhşət idi. İnsanların çarəsizliyi, partlayış səsi, bütövlükdə yaşanan faciə həmişə gözümün önündə, yaddaşımda qalacaq. Bütün yaralı dostlarıma Allahdan şəfa diləyirəm. Məni axtaran, xəstəxanaya gələn, yanımda olan dostlarıma təşəkkür edirəm”, – müğənni qeyd edib.

Aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin 14 avtomobilə, 1 mənzilə və 2 qeyri-yaşayış obyektinə ziyan dəydiyi bildirilir.

Ana səhifəMədəniyyətPartlayışda xəsarət alan müğənni: “Bu faciə həmişə gözümün önündə olacaq”