66 yaşlı aktrisa rus dilini öyrənməyə başlayıb
İtalyan aktrisa Ornella Muti Rusiya vətəndaşlığı almaq istəyir.
Rusiya mətbuatının yazdığına görə, 66 yaşlı aktrisa artıq rus dilini öyrənməyə və lazımi sənədləri toplamağa başlayıb.
Aktrisanın anası yarırusdur.
Ornella kinoya 15 yaşındaykən gəlib.
Əsasən italyan filmlərində çəkilib.
Fransalı aktyor Jerar Depardye, uruqvaylı aktrisa və müğənni Nataliya Oreyro, amerikalı aktyor Stiven Siqal, “Rammstein” alman rok qrupunun vokalçısı Till Lindemann da Rusiya vətəndaşlığını alıb.