Oqtay Əliyev qəzada həyatını itirdi (yenilənib)

Oqtay Əliyev. Foto: Vikipedia

TƏBİB-in məlumatına görə, yol-nəqliyyat hadisəsi ilə əlaqədar qurumun tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.

Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.


Mehriban Zəki ilə Dilarə Əliyeva yaralanıblar

Azərbaycanın əməkdar mədəniyyət işçisi, rejissor Oqtay Əliyev avtomobil qəzasında həyatını itirib.

“Report” yazır ki, hadisə Abşeron rayonu ərazisində baş verib.

Oqtay Əliyevin  idarə etdiyi “Toyota Lexus” markalı avtomobilin yolun hərəkət hissəsindən çıxaraq aşdığı bildirilir.

Foto: “report.az”

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, Oqtay Əliyevin həyat yoldaşı Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

55 yaşlı Oqtay Əliyev “SOY” production şirkətinin, “Biz+” jurnalının yaradıcısı olub. O, Ermənistanda anadan olub, erməni dilini yaxşı bilən mütəxəssislərdən idi.

Ana səhifəMədəniyyətOqtay Əliyev qəzada həyatını itirdi (yenilənib)