Vaksinasiya olunanların sayı 300 mini ötüb
Martın 2-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 20,903 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya ölkənin bütün rayonlarında davam etdirilir.