Koronavirus

Mənbə: Meydan.TV

Başlıq: Koronavirus

Operativ Qərargah: Azərbaycanda 272 nəfər virusa yoluxub

Məqalə yeniləndi:  1 Avqust 2021

"3 xəstə vəfat edib"

İyulun 26-da Azərbaycanda 272 adam COVID-19 infeksiyasına yoluxub, 80 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 3 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 340715 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 332136 nəfər müalicə olunaraq sağalıb, 5009 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 3570 nəfərdir".

Eyni amanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5616, ötən müddətdə isə 3980697 testin aparıldığı göstərilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  1 Avqust 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/uipiei

Ən çox baxılan