“Obama bəyanatı verməmişdən yaxşı məlumatlandırılıb”

ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia rəsmi Bakıya cavab verdi

Source:


ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia rəsmi Bakıya cavab verdi

ABŞ prezidenti Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində “Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”, – deyə söyləməsi Rəsmi Bakının etirazıyla qarşılanıb.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov prezident Obamanın çıxışını rəsmi Bakıya təzyiq adlandıraraq bildirib ki, 3-5 nəfərin sifarişli məlumatı əsasında hazırlanmış belə açıqlamalar, bəyanatlar və sənədlər qərəzlidir, əsassızdır və subyektiv xarakter daşıyır.

Sentyabrın 25-də ABŞ-dan Əli Həsənovun çıxışına reaksiya gəlib.

ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia Azadlıq Radiosuna bildirib ki, Obama-nın Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinə dair mesajı yaxşı məlumata əsaslanıb.

Tomas Melianın sözlərinə görə, prezident Obama həmin bəyanatı verməmişdən öncə yaxşı məlumatlandırılıb.

“Biz durumu izləyirik və mən tezliklə Azərbaycana səfər edəcəyimi gözləyirəm”, – deyə cənab Melia söyləyib.

Bir il öncə Azərbaycan hökuməti onun səfərindən imtina edib.

Ana səhifəXəbərlər“Obama bəyanatı verməmişdən yaxşı məlumatlandırılıb”