Jurnalistlərin yeni araşdırmasına görə, Azərbaycan İsrailin NSO Group şirkətinin casus proqramından istifadə edib. Şirkət yaratdıqları tətbiqi dövlətlərə cinayətkarları ələ keçirmək üçün satdığını deyir. Lakin araşdırmalara görə, Azərbaycan hökuməti bu tətbiqdən sui-istifadə edərək onunla vətəndaş cəmiyyəti fəallarını, jurnalistləri, siyasətçiləri izləyib.
"Pegasus" adlanan izləmə tətbiqi iPhone və Android cihazlarına yoluxur. Bu isə cihazdakı mesaj, fotoşəkil və zəngləri qeyd etmək, mikrofonu və kameranı gizlicə aktivləşdirmək imkanı yaradır.
Araşdırmada deyilir ki, NSO Group müştərilərinin izlədiyi 50 min telefon nömrəsindən ibarət siyahı mediaya sızdırılıb. Dünyanın dörd bir tərəfindən istifadəçilər qeyd olunan siyahıda Azərbaycan mobil nömrələri də aşkarlanıb.
Müəyyən edilən 245 Azərbaycan nömrəsindən 50-dən çoxu jurnalistlərə məxsusdur. Onların arasında hökumət mediasında təmsil olunanlar da var.
Adlarının izlənənlər siyahısında tapanlar prokurorluğa, məhkəməyə şikayət etməyə hazırlaşırlar. Vəkil Şəhla Hümbətova vətəndaşların konstitusional hüquqlarının necə pozulmağından danışır.
OCCRP-nin əməkdaşı izləndiyi aşkarlanan vətəndaşlara whatsapp vasitəsilə xəbərdarlıq göndərir. Mesaj alanlardan biri də keçmiş heykəl məhbusu Qiyas İbrahimovun anası Şura Əmiraslanovadır.
O, əvvəlcə oğlu ilə adlarının səhv düşdüyünü düşünüb. Sonra isə özünə məxsus nömrənin siyahıda olduğunu görüb.
NSO Group, iddiaları qəti şəkildə rədd edib. Müştərilərinə proqramdan sui-istifadə etməyə icazə vermədiyini deyib.
Araşdırma ilə bağlı Azərbaycan rəsmi qurumları hələ ki, açıqlama verməyib. Deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc isə bu məlumatların arxasında böyük siyasi məqsədlər axtarır.
Sızdırılan siyahıda hələ sahibi müəyyənləşməyən yüzlərlə Azərbaycan nömrəsi var. Təqib olanlarla bağlı ətraflı məlumatın yaxın günlərdə yayımlanması gözlənilir.