Şifrəni başqaları ilə paylaşan istifadəçilər əlavə ödəniş etməli olacaqlar
“Netflix” yayım platformasının hesab şifrələrinin pulsuz paylaşılmasını qadağan etdiyi bildirilir.
Bu barədə Variety məlumat yayıb.
Bildirilir ki, bu xidmət ayda 7,99 dollara başa gələcək.
Platformanın artıq Amerika Bİrləşmiş Ştatlarında qeyri-qanuni hesab paylaşımına qarşı mübarizə aparmağa başladığı qeyd edilir.
Abunəçilərə ünvanlanan məktubda ““Netflix” hesabınız sizin və birlikdə yaşadığınız insanlar üçündür”, – qeyd olunub.
Ailənin üzvü olmayan insanlarla hesabı paylaşmaq üçün istifadəçilər aylıq ödəniş etməli olacaqlar.
Şirkətin düzgün ödəniş etmədən “Netflix” hesabına daxil olmağa cəhd edən cihazları müəyyən müddətdən sonra bloklamağa başlayacağı bildirilib.
“Netflix” 1997-ci ildə yaranıb.
Platforma 2013-cü ildən cizgi, bədii və sənədli film, serial, həmçinin televiziya proqramlarının istehsalı ilə məşğuldur.