Netanyahunun Azərbaycana səfərinin vaxtı dəqiqləşib

Netanyahu – Foto: Sshutterstock / Photocosmos1

Səfər, həmçinin İranın nüvə proqramının dünya gündəmində olduğu, İsrailin isə ABŞ-ni İran nüvə obyektlərini vurması üçün israr etdiyi vaxta təsadüf edəcək

İsrailin Baş naziri Benyamin Netanyahunun mayın 8-də Azərbaycana rəsmi səfəri gözlənilir.
Bu barədə “The Times of Israel” xəbər verib.

Bildirilib ki, o, Prezident İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüşəcək.

Netanyahunun Azərbaycana səfər edəcəyi barədə daha öncə İsrail mətbuatında məlumat getsə də, tarix bəlli deyildi.

Bu, İsrail və Türkiyə arasında son gərginliyin artması fonunda baş verir, –  deyə nəşr bu ayın əvvəlində Suriya ilə bağlı iki xalq arasında ilkin danışıqlara başlandığını xatırladırdı.

Türkiyə və İsraillə dost olan Azərbaycan gərginliyin aradan qaldırılmasına kömək edə bilər, -deyə nəşr qeyd edirdi.

Netanyahunun Azərbaycana son səfəri 2016-cı ildə olub.

Onun bu dəfəki səfəri İsrailin Qəzza zolağını bombalamağa davam etdiyi dövrə təsadüf edir.

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin  Qəzzadakı müharibə cinayətlərinə görə Netanyahu haqda həbs orderi olsa da, Azərbaycan bu məhkəməyə üzv deyil.

Səfər, həmçinin İranın nüvə proqramının dünya gündəmində olduğu, İsrailin isə ABŞ-ni İran nüvə obyektlərini vurması üçün israr etdiyi vaxta təsadüf edəcək.

İran Prezidenti Məsud Pezeşkian da aprelin 28-də Azərbaycana rəsmi səfər edib, İlham Əliyevlə görüşüb.

Ana səhifəSiyasətNetanyahunun Azərbaycana səfərinin vaxtı dəqiqləşib