Nemət Əliyev: İnvestisiyalar ölkə iqtisadiyyatını sürətlə tərk edir

”Əlverişli şərait təmin edilməzsə, Mərkəzi Bankın yarıtmaz pul-kredit siyasətinə son qoyulmazsa, qanunlar işlək vəziyyətə gətirilməzsə, tənəzzülü cilovlamaq mümkün olmayacaq”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Əlverişli şərait təmin edilməzsə, Mərkəzi Bankın yarıtmaz pul-kredit siyasətinə son qoyulmazsa, qanunlar işlək vəziyyətə gətirilməzsə, tənəzzülü cilovlamaq mümkün olmayacaq”

İnvestisiyalar ölkə iqtisadiyyatını tərk edir. Sürət daha da artıb. Əsas səbəbi əlverişsiz siyasi, iqtisadi və hüquqi mühitdir.

Bu fikirləri “Facebook” səhifəsində iqtisadçı Nemət Əliyev paylaşıb.

İqtisadçı bildirib ki, iki ilə investisiya qoyuluşu 57 faiz və ya 8,7 milyard dollar azalıb: “Azalmanın 39 faizi ötən ilin, 60 faizi isə bu ilin payına düşüb. Ötən illə müqayisədə bu il vəziyyət daha çox pisləşib.

“Cari ilin 9 ayında bütün mənbələrdən ölkə iqtisadiyyatına vur-tut 6,5 milyard dollar sərmayə yatırmaq mümkün olub. Bir il əvvəlki vəziyyətlə müqayisədə bu il bu göstərici emal bölməsində 69%, qeyri-neft sənayesində 73 faiz, kənd təsərrüfatında 66 faiz, xidmət sahələrində 73 faiz pisləşib. Hətta neft sektoruna yatırımlar da azalıb. Dövlət Statistika Komitəsinin açıqladığı 9 aylıq iqtisadi və sosial inkişafa dair makroiqtisadi göstəricilərin təhlilindən bu nəticələrə gəlmək mümkün olub”,-deyə Əliyev qeyd edib.

Nemət Əliyev hesab edir ki, əlverişli şərait təmin edilməzsə, Mərkəzi Bankın yarıtmaz pul-kredit siyasətinə son qoyulmazsa, dövlət büdcəsinin icrası sahəsində özbaşınalıq dayandırılmazsa, sahibkarların çıxışdırılması durdurulmazsa, monopoliya, korrupsiya, haqsız rəqabət yığışdırılmazsa, qanunlar işlək vəziyyətə gətirilməzsə, tənəzzülü cilovlamaq mümkün olmayacaq.

Ana səhifəAnalitikaNemət Əliyev: İnvestisiyalar ölkə iqtisadiyyatını sürətlə tərk edir