Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Bakı klubunda çalışacaq
Fərrux Mahmudov “Neftçi” klubunun prezidenti (baş icraçı direktoru) təyin edilib.
Bu barədə Bakı klubunun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.
![](https://www.meydan.tv/wp-content/uploads/untitled-design-4-88.jpg)
1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.
Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur.
Fərrux Mahmudov “Neftçi”nin prezidenti postunda bu gün istefaya göndərilən Kamran Quliyevi əvəz edib.