Bakı klubu “Beşiktaş”a cavab oyununda da uduzub
“Neftçi” avqustun 17-də UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyununu keçirib.
“Ağ-qaralar” İstanbulda Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşıb. Oyun saat 22:00-da start götürüb.
Bakıda keçirilən ilk matçda “Neftçi” 1:3 hesabı ilə məğlub olmuşdu.
“Beşiktaş” stadionunda keçirilən cavab oyununda da İstanbul klubu qələbəyə sevinib. “Beşiktaş” cavab görüşündə 2:1 hesablı qələbə qazanıb. Bununla da, “Neftçi” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.