Bu qərarın COP 29-la əlaqədar olduğu ehtimal edilir
Mədəniyyət Nazirliyi ilə Kino Agentliyi (ARKA) Azərbaycanda hər il keçirilən beynəlxalq film festivallarını bir yerə cəmləyərək eyni tarixdə reallaşdıracaq.
Oktyabrın 2-dən 7-dək Bakıda BİFF Bakı Beynəlxalq Film Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı və ANIMAFILM Beynəlxalq Animasiya Festivalları birgə təşkil olunacaq.
“Baku Cinema Breeze” adlanacaq beynəlxalq film festivalında Amerika, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino nümayəndələrinin iştirakı gözlənilir.
Festival müddətində şəhərin müxtəlif kinoteatrlarında film nümayişləri təşkil olunacaq.
Festivalların bir yerə cəmləşdirilərək, eyni vaxtda keçirilməsində məqsəd Azərbaycanda sentyabrda Formula 1 və noyabrda keçiriləcək COP 29-la əlaqədar olduğu ehtimal edilir.