“Kino sənətinin bir sıra problemləri də mövcuddur”
“Son illər film çəkilişlərinə qoyulan vəsaitlərin həcmi artıb. Bu gün kino sənətinin bir sıra problemləri də mövcuddur. Bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var”.
Bunu mədəniyyət naziri Adil Kərimli “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda deyib.
“Artıq dövlətdən asılılığı azaltmaq və özəl sektorunun diqqətini çəkmək üçün çalışmaq lazımdır”,- nazir bildirib.

Forumda mədəniyyət naziri Adil Kərimli ilə yanaşı, dövlət rəsmiləri, kino və incəsənət xadimləri iştirak edir.
Forum rəsmi açılışdan sonra kino sahəsi ilə bağlı müxtəlif panellərlə gün boyu davam edəcək.
Tədbir iki gün davam edəcək.