Nazir kino və teatra ayrılan pullara nəzarətin gücləndiriləcəyini deyir

Source: Specify Source

O, bu sahəyə ayrılan vəsaitlərin artırılacağını bildirib

“Kinoya və teatra ayrılan pullara nəzarət gücləndirilməlidir”.

2023-cü ilin dövlət büdcəsindən kino və teatra vəsaitin ayrılması nəzərdə tutulur.

Bu haqda Milli Məclisin ictimai birliklər və dini qurumlar, elm və təhsil, ailə, qadın və uşaq məsələləri, səhiyyə və mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov danışıb.Nazir deyib ki, gələn il yeni filmlərin çəkilməsi üçün büdcədə vəsait nəzərdə tutulub.

O həmçinin qeyd edib ki, də yeni teatr tamaşalarının qurulması üçün vəsait ayrılacaq:

“Amma bunların istifadəsinə nəzarət gücləndirilməlidir. Zəfərimizin işıqlandırılması üçün yeni filmlərin çəkilməsi böyük əhəmiyyət kəsb edir. Bunların nəticəliliyinə gəldikdə, hər bir sahənin nazirliyi ayrılan vəsaitin xərclənməsi barədə tam hesabatlarını təqdim etməlidir”.

2021-ci ildə Maliyyə naziri Samir Şərifov Milli Məclisdə çıxışı zamanı demişdi ki, Mədəniyyət Nazirliyinə kinoların çəkilməsi ilə bağlı vəsait ayrılsa da, bu sahədə hər hansı mühüm dəyişikliklər yoxdur.

“Vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı ekran əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”, – nazir demişdi.

Ana səhifəMədəniyyətNazir kino və teatra ayrılan pullara nəzarətin gücləndiriləcəyini deyir