Nazir: “İstəyirik ki, musiqi müəllimlərini DİM-in səlahiyyətinə verək”

Source: Azertac

“Müəllimlərin işə qəbulu ilə bağlı müəyyən meyarlar, metodologiya tətbiq edilsin”

Musiqi müəllimlərinin işə qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətinə verilə bilər.

Mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında musiqi məktəbləri haqqında danışarkən belə deyib.

O bildirib ki, musiqi məktəblərində qeyri-şəffaf prosedurlar mövcuddur: “Bu istiqmatədə yeni bir yol xəritəsi cızmaq istəyirik. Müəllimlərin işə qəbulu ilə bağlı müəyyən meyarlar, metodologiya tətbiq edilsin. İstəyirik ki, bu prosesə ixtisaslaşmış qurumları, həmçinin Dövlət İmtahan Mərkəzini cəlb edək. Mədəniyyət Nazirliyi isə prosesdən kənarda dayansın”.

Nazir müəllimlərin fəaliyyətinin diaqnostikası məsələsinə də toxunub.

Bildirib ki, müəllimlərin fəaliyyətinin araşdırılması, təhlil olunmasını vacib məqamdır: “Bununla biz nöqsanları, boşluqları müəyyən edə bilərik. Bizim 220-yə yaxın musiqi məktəbimiz var. Gələn il üçün yeni mexanizimin tətbiqinə başlayacağıq”.

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə müəllimlərin işə qəbulu Mədəniyyət Nazirliyi tərəfindən müsabiqə yolu ilə aparılır.

Ana səhifəMədəniyyətNazir: “İstəyirik ki, musiqi müəllimlərini DİM-in səlahiyyətinə verək”