Natiq Kərimov barəsində cinayət işi üzrə istintaqın müddəti uzadılıb

Source:

Səbail rayon Məhkəməsində Nardaran sakini Natiq Kərimovun barəsində olan cinayət işi üzrə istintaqın müddətinin uzadılması məsələsinə baxılıb.

Vəkil Eyyub Ələkbərovun APA-ya verdiyi xəbərə görə, məhkəmə istintaqın müddətinin 3 ay uzadılması barədə istintaq orqanının müraciətini nəzərə alıb və bununla bağlı qərar qəbul edib.

Rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti istintaq-əməliyyat tədbirləri keçirib və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edildiyini müəyyənləşdirib. Natiq Kərimov dövlətə xəyanət etməkdə şübhəli bilinir.

Bununla əlaqədar N. Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Ana səhifəXəbərlərNatiq Kərimov barəsində cinayət işi üzrə istintaqın müddəti uzadılıb