Müsavat Partiyası İTV-dən efir istəyir

“Ölkədə yaranan iqtisadi böhrandan çıxış yolunun tapılmasında media da məsuliyyət daşıyır”

Source:


“Ölkədə yaranan iqtisadi böhrandan çıxış yolunun tapılmasında media da məsuliyyət daşıyır”

Müsavat Partiyası başqanı Arif Hacılı efir vaxtı verilməsi ilə bağlı “İctimai Televiziya və Radio Yayımları şirkəti”nin baş direktoru Cəmil Quliyevə müraciət edib.

Meydan TV-yə bu barədə daxil olan məlumatda bildirilir ki, 11 yanvar 2015-ci il tarixində Müsavat Partiyası Divanının növbəti iclası keçirilib və ölkədəki sosial-iqtisadi vəziyyət müzakirə olunub. Müzakirə zamanı dünyada baş verən iqtisadi böhran, Azərbaycan dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin qiymətinin günü-gündən aşağı düşməsi, manatın devalvasiyası və bütün bunların ölkə iqtisadiyyatına və əhalinin sosial həyatına mənfi təsiri barədə məlumatlar dinlənilib.

“Ölkədə yaranan iqtisadi böhrandan çıxış yolunun tapılmasında media da məsuliyyət daşıyır, İTV kanalında mütəxəssislərin, siyasi partiyaların, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə ölkədəki sosial və iqtisadi vəziyyətlə bağlı ictimai diskussiyaların təşkilini vacib hesab edirik”, – deyə partiya rəhbəri efir vaxtı istənilməsinin səbəbini aydınlaşdırır.

Daha sonra A.Hacılı “İctimai televiziya və radio yayımı haqqında” Qanuna əsaslanaraq, İTV-nin cəmiyyətdə mövcud olan qüvvələrə fikirlərini bildirməsi üçün bərabər imkanlar yaratmağa borclu olduğunu vurğulayr.

“Yuxarıda göstərilənlərə və qanunvericiliyə əsasən, bu həftə ərzində İTV televiziya kanalında Müsavat Partiyası üçün 30 dəqiqəlik efir vaxtının ayrılmasını Sizdən xahiş edirik”, deyə A.Hacılı qeyd edir.

Ana səhifəXəbərlərMüsavat Partiyası İTV-dən efir istəyir