Hazırki Azərbaycan multikulturalizmi əksərən sovet keçmişinə, sovet təcrübəsinə və daşıyıcıları dünya görüşünü sovet “kommunal mənzilində” formalaşdırmış yaşlı nəsil olan millətlərin və mədəniyyətlərin birgə yaşaması ənənələrinə söykənir
Aprelin 25-27-də Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Forumun şüarı kimi “Çoxqütblü sülhə doğru” mövzusu seçilmişdi.
Təsadüfi deyil ki, Azərbaycan ilk dəfə 2004-cü ildə katolik İspaniya tərəfindən təklif edilmiş və müsəlman Türkiyə tərəfindən dəstəklənmiş sivilizasiyaların növbəti forumunun təşkilini öz üzərinə götürüb. Son illər dünyada artan dini, etnik ziddiyyətlər fonunda və bu təmayüllərə qarşı mübarizə kimi prezident İlham Əliyev administrasiyası, demək olar ki, rəsmi ideologiya kimi multikulturalizm siyasəti seçib. Prezident yanında multikulturanı təbliğ edən çoxşaxəli müəssisələr şəbəkəsi ilə xüsusi müşavir institutu yaradılıb, 2016-cı il isə Multikulturalizm İli elan olunub.
Tarixən Azərbaycanın etnik mədəniyyəti və dini kimliyi atəşpərəstliyin, zərdüştlüyün, erkən xristianlığın, islamın təsiri altında formalaşıb. Son 200 ildə və xüsusən 19 əsrin sonlarında neft bumu dövründə və sovet dövründə hazırki Azərbaycanın ərazisi buraya başqa ölkələrdən köçmüş xristianlar, müsəlmanlar, yəhudilər üçün “ocağa” çevrilib ki, bu da multikulturalist cərəyanları və sivilizasiyaların qarşılıqlı nüfuzunu gücləndirib. Bu, xüsusən SSRİ illərində özünü göstərib, SSRİ-nin rəsmi ideologiyası proletar internasionalizm oldu, amma mahiyyətcə fəhlə sinfin sərhədlərini aşıb cəmiyyətin bütün təbəqələrinə yayıldı.
SSRİ dağıldıqdan sonra gəlmə əhalinin tarixi vətənlərə qayıtması gücləndi. Ona görə ki, təkcə Azərbaycandilli mühitdə deyil, digər respublikalarda və etnik qruplara da eyniləşmə baş verirdi. Rus dilinin və mədəniyyətinin baş roluna əsaslanan sovet şəxsiyyətlərarası münasibətlər sistemi milli və dini qrupların eyniləşməsi şəraitində artıq mədəni maraqların balansını təmin edə bilmirdi. İlk növbədə buna rus məsiha özünüdərkinin Rusiyanın hazırki sərhədləri ilə məhdudlaşan ümumiləşən özünüdərkə keçməsi səbəb olurdu. Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin “Sovet İttifaqının dağılmasının əsrin ən böyük qəzası olduğu” haqqında etirafını Rusiyanın hüdudlarından kənarda 25 mln. rusun qalması ilə izah edib. Dövləti təşkil edən millətin liderinin bu etirafı milli eyniləşmə probleminin hətta ruslar üçün də bu günə qədər kəskinliyini nə dərəcədə qoruyub saxladığını göstərir.
Amma Putinin bəyanatı və baxışı Rusiya Federasiyasının sərhədləri üçün belə çox dar qaldı, belə ki, çoxmillətli Rusiya xalqının deyil, yalnız rusların problemini əhatə edir.
Sovet qəzasının əsl səbəbini etnik fərdlər arasındakı münasibətləri şəxsiyyətlər səviyyəsində dağılmasında, multikuluralizm dəyərləri – etnik, dini, irqi dözümlülüyün, mədəniyyətlərin qarşılıqlı nüfuzu sisteminin dağılmasında axtarmaq daha doğru olardı. Bu mənada bu, sovet ideologiyası çərçivələrindən kənarda insanların faciəsi oldu. İdeologiyalar insanları çox az şeydə birləşdirirdi. Sovet multikulturalizmini daha çox tarixi hadisələr (Böyük Vətən Müharibəsi, kosmosa uçuş, xam torpaq, BAM), adi məişət, işgüzar, mədəni maraqlar formalaşdırırdı.
Hazırki Azərbaycan multikulturalizmi əksərən sovet keçmişinə, sovet təcrübəsinə və daşıyıcıları dünya görüşünü sovet “kommunal mənzilində” formalaşdırmış yaşlı nəsil olan millətlərin və mədəniyyətlərin birgə yaşaması ənənələrinə söykənir. Faktiki olaraq, hələlik hakimiyyət bu tarixi qalığı dünyəvi Qərbin və müsəlman Şərqin ideyaları ilə zənginləşdirərək istismar edir.
Hakimiyyətin təzəcə bir qədər zorakı “əritmə qazanı” sovet təcrübəsindən ən yüksək nöqtəsi kimi konsensuns cəmiyyəti – müxtəliflik birliyi görünən etnik-dini-mədəni plüralizmə keçidi aşkar etdiyi hissi var. Amma nə qədər qəribə də olsa, konsensuns cəmiyyətinə gedən yolda maneə kimi multikulturalizmi milli doktrina elan etmiş hakimiyyətin özü qalır. Etnik, dini və digər plüralizmin birləşməsi çeynənmiş aksiomaları – bütün mənalarda və sahələrdə insan hüquq və azadlıqlarına hörmətin aliliyini nəzərdə tutan demokratiya bərqərar olmadan mümkün deyil. Əks halda multikulturalizm Azərbaycan cəmiyyətində demokratiya kimi söyüş sözünə çevriləcək. Hakimiyyət azad dünyanın dəyərlərini və postulatlarını sistemli şəkildə devirərək, demokratiya anlayışını devalvasiyaya məruz qoyub.