Əməkdar artist koronavirusdan həyatını itirib
Sentyabrın əvvəlində COVİD-19 infeksiyasına yoluxan əməkdar artisti Yaqub Zurufçu vəfat edib.
Müğənni “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilimişdi.
“Report”un məlumatına görə, sənətçi bu gün müalicə aldığı xəstəxanada
keçinib
.
Müğənni süni nəfəs aparatına qoşulmuşdu.
Yaqub Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində doğulub.
O, ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb.
2009-cu ildə Azərbaycanın Əməkdar artisti adına adına layiq görülüb.