Müdafiə Nazirliyi

Mənbə: arxiv

Başlıq: Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı

"2855 nəfər dəfn olunub, 50 hərbçi itkin düşüb"

Azərbaycan Müdafiə Nazirliyi II Qarabağ savaşında həlak olan hərbçilərin növbəti siyahısını yayıb.

Nazirlik bildirib ki, yanvarın 18-dək 2855 nəfər dəfn olunub.

Eyni zamanda, 50 hərbçi itkin düşüb.

Nazirliyin saytında onların foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Eyni zamanda, itkin düşən hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlərin davam etdirildiyi qeyd olunub.

Azərbaycan Müdafiə Nazirliyi sonuncu dəfə yanvarın 11-də həlak olan və itkin düşənlər haqda məlumat yaymışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hl80qu

Ən çox baxılan